Talış dağları

Talış Dağları haqqında

Talış Dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir. Talış Dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış Dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. Talış Dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış Dağları cənub-şərqdə Elbrus, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış Dağlarından götürürlər. Talış Dağları Azərbaycanla İran sərhədi boyu uzanır. Bu sıra dağların ətrafında yaşayan əhali uzunömürlü olması ilə daim seçilib. Bu da təsadüfi deyil, çünki buranın havası və oksigeni dəmirağacından qaynaqlanır. Yeri gəlmişkən, dəmirağac yalnız Azərbaycanda və İranda Talış Dağları boyunca bitir. Ağacın hündürlüyü, adətən 20-25 metrə çatır. Dəmirağac sənaye məqsədləri üçün də geniş istifadə olunur. Oduncağı çox möhkəm olduğuna görə telefon və elektrik dirəklərinin tikilməsində, körpülərin salınmasında, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur. Yazda qırmızı və bənövşəyi rənglərə boyanan dəmirağacın yarpaqları Talış Dağlarına əlvan mənzərə bəxş edir. İnsanda elə təsəvvür yaranır ki, sanki meşə qırmızı libas geyinib. Talış Dağları silsiləsindən Tırki-Lezir dağı 571 metrdir. Bu dağ Buravar silsiləsinin Masallı rayonu ərazisində yerləşir. 

Vikipediyadan götürülüb

 

Talış Dağları Masallı

 

Astara Hamoşam Dağları 

Astara Hamoşam Dağları 

Lənkəran İsti su

Talış Dağları Astara

Azerbaijan tourism /Talish Region.Astara (Талышские горы) #NationalGeographic #TOURISM

Talış Dağlarında yaz

Astara təbiəti

Azerbaijan/ Spring in the Talish mountains